525.Az

SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib


 

SOCAR Zimbabve Milli Assambleyası ilə enerji əməkdaşlığını müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Zimbabve Milli Assambleyası arasında enerji sektorunun müxtəlif istiqamətlərinə dair əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

525.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəf Zimbabve Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycanın enerji strategiyası, ölkəmizin təşəbbüsü ilə icra olunan qlobal əhəmiyyətli enerji layihələri barədə məlumat verilib. Sabitlik və dayanıqlı inkişafın uğurla təmin edildiyi Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli investisiya mühitindən bəhs olunub.

Söhbət zamanı milli neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə çevrilməkdə olan SOCAR-ın enerji sektorunda müxtəlif istiqamətlər üzrə fəaliyyəti, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat təqdim edilib.

Görüşdə SOCAR-ın yaşıl gündəliyindən, o cümlədən tərəfdaşlarla birgə həyata keçirilən bərpaolunan enerji layihələrindən, dekarbonizasiya hədəflərindən danışılıb. Bununla yanaşı, fəaliyyətində rəqəmsallaşmaya xüsusi önəm verən şirkətin data mərkəzlərinin yaradılması və süni intellekt sahəsi ilə bağlı yeni layihələrə investisiya yatırdığı bildirilib. Bu xüsusda, SOCAR-ın üç müəssisəsinin Dünya İqtisadi Forumunun "Rəqəmsal mayak" mükafatına layiq görüldüyü diqqətə çatdırılıb.

Söhbət zamanı tərəflər təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

 





08.07.2026    çap et  çap et