525.Az

Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb


 

Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb<b style="color:red"></b>

Azərbaycan bölməsi üzrə məktəbəqədər hazırlıq qrupları çərçivəsində məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 13 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə 13 iyul saat 15:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 14 iyul saat 11:00-dan başlayacaq.

525.az APA-ya istinadən xəbər verir ki, məktəbəhazırlıq qruplarına qəbul 12 sentyabr tarixində yekunlaşacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi 1–30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.

 





08.07.2026    çap et  çap et