“Uşaqların yay tətili ərzində tamamilə dərsdən uzaq qalması müəyyən bilik və bacarıqların zəifləməsinə səbəb ola bilər. Buna görə də yay aylarında uşaqların gündəlik həyatına maraqlı və faydalı fəaliyyətlərin daxil edilməsi böyük əhəmiyyət daşıyır”.
Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi bildirib. Ekspertin sözlərinə görə, yay tətili uşaqların yeni hobbilər kəşf etməsi üçün ideal fürsətdir. Rəsm çəkmək, musiqi alətində ifa etməyi öyrənmək, fotoqrafiya ilə məşğul olmaq, şahmat oynamaq və ya müxtəlif əl işləri hazırlamaq kimi fəaliyyətlər uşaqlarda yaradıcılığı artırır, səbr formalaşdırır və özünəinam hissinin inkişafına müsbət təsir göstərir:
“Xüsusilə, texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə proqramlaşdırma, robototexnika və rəqəmsal dizayn kimi sahələrlə erkən yaşlardan tanış olmaq uşaqların gələcək peşə seçimlərinə də müsbət təsir göstərə bilər”.
Sevinc Qarayeva
çap et