“Yay tətili uşağın həyatında sadəcə boş vaxt deyil, həm də inkişaf dövrüdür: Lakin bu inkişaf yalnız dərs masası arxasında baş vermir”.
Psixoloq Elnur Rüstəmov bu fikri 525.az-a bildirib. Psixoloq qeyd edib ki, bəzən uşağın təbiətdə keçirdiyi bir gün, dostları ilə oynadığı bir neçə saat və ya ailəsi ilə etdiyi səmimi söhbət onun psixoloji sağlamlığı üçün onlarla əlavə dərsdən daha faydalı ola bilir. Buna görə də mütəxəssislər valideynlərə uşaqların yay tətilini nə tamamilə dərsdən uzaq, nə də yalnız dərs üzərində qurmağı tövsiyə etmirlər:
“Ən doğru yanaşma uşağın həm istirahət etməsinə, həm də özünü inkişaf etdirməsinə imkan yaradan sağlam balans yaratmaqdır. Çünki xoşbəxt, dincəlmiş və motivasiyalı uşaq gələcək uğurların ən möhkəm təməlidir”.
Sevinc Qarayeva
çap et