525.Az

"Bu cür məsələlərə yanaşma dəyişilməlidir” - Ekspert


 

"Bu cür məsələlərə yanaşma dəyişilməlidir” - <b style="color:red">Ekspert</b>

“Avtomobili yorğun və yuxusuz halda idarə etmək olmaz: Gümrah vəziyyətdəyəm, yorğunam, yuxuluyam, xəstəyəm, ümumiyyətlə, mən sükan arxasına keçməliyəm mi? Bax, bu cür məsələlərə yanaşma dəyişilməlidir. Yay və ya qış fərq etməz, ancaq son dərəcə diqqətli olmaq lazımdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a deyib. Ekspertin sözlərinə görə, yuxusuz, yorğun halda sükan arxasına əyləşmək olmaz. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir. Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl edilsə qəza halları baş verməz:

“İstirahət üçün yola çıxan, səfərə gedən insanlar var, müxtəlif məqsədlər üçün evdən çıxan insanlar var. Bunlar yalnız səfəri düşünürlər ki, mən yola çıxıram, bu yolu gedirəm, filan yerdə dincələcəm və yaxud da hər hansı bir işim var, onu həll edib qayıdacam. Amma insanlar fikirləşmir ki, mən bu yola hansı vəziyyətdə çıxıram? Gümrah vəziyyətdəyəm, yorğunam, yuxuluyam, xəstəyəm, ümumiyyətlə, mən sükan arxasına keçməliyəm mi? Bax, bu cür məsələlərə yanaşma dəyişilməlidir”.

Sevinc Qarayeva 
 

 





09.07.2026    çap et  çap et