525.Az

Sosial layihə üzrə daha 40-dək mənzil satılıb


 

Sosial layihə üzrə daha 40-dək mənzil satılıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.

525.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Satışı hazırda davam edən, kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərindədir.

Onların hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıblar. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür.

 





09.07.2026    çap et  çap et