525.Az

Uqandada dəhşətli qəza - 14 ölü


 

Uqandada dəhşətli qəza - <b style="color:red"> 14 ölü</b>

Qulu şəhəri yaxınlığında sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 14 nəfər hadisə yerində keçinib.

40-a yaxın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qəzanın səbəbləri hələlik məlum deyil. Yerli polis idarəsinin rəhbərliyi sürücülərdən birinin sürət həddini aşdığının mümkünlüyünü bildirib.

Avtobusun məxsus olduğu "Opit Bus" şirkətinin nümayəndəsi isə yerli mətbuata başqa məlumat verib. Belə ki, onun sözlərinə görə qəza yolu  qadağan olunmuş yerdə  keçmək istəyən sərxoş piyadanın üzündən yaşanıb.

Qeyd edək ki, Uqandada bənzər qəzalar sürücülərin sürət həddini aşmaları, səhv ötmə etmələri və səhlənkarlıqları üzündən tez-tez baş verir. 

L.Tağıyeva

 





09.07.2026    çap et  çap et