525.Az

Sabah Biləsuvar və Masallının bir hissəsində qaz kəsiləcək


 

Sabah Biləsuvar və Masallının bir hissəsində qaz kəsiləcək<b style="color:red"></b>

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.

525.az-ın məlumatına görə, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 





09.07.2026    çap et  çap et