“Yeni Konstitusiyanın qəbul edilməsi hakim siyasi qüvvənin seçki proqramına daxil edilib və hökumətin siyasi öhdəliklərindən biri olaraq qalır”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Yeni Konstitusiyanın qəbul edilməsi zərurəti seçki platformasında təsbit olunub və xalq buna səs verib. Başqa məsələ isə odur ki, parlamentdə qüvvələr nisbəti Konstitusiyaya bizə məlum olan prosedur əsasında dəyişiklik edilməsinə imkan vermir. Amma bu gündəm mövcuddur, bu, bizim seçkiqabağı öhdəliyimizdir və biz bu məsələ ilə bağlı mövqeyimizi ortaya qoymalıyıq. tutmalıyıq”, -o deyib.
Baş nazir yeni Konstitusiya layihəsinin dərc olunma vaxtına da toxunaraq, gecikmənin hakim partiyanın idarə heyəti üzvlərinin təklifləri ilə bağlı olduğunu söyləyib.
“Biz təkliflərin təqdim olunması müddətini seçkilər başa çatana qədər uzatmağı qərara aldıq ki, onları sakit şəkildə müzakirə etmək mümkün olsun. Təkliflər müzakirə edilib, yalnız bir təklif qalıb. O da müzakirə olunduqdan sonra mətni dərc edəcəyik. Düşünürəm ki, bu, ilin sonunadək baş verəcək", - Paşinyan bildirib.
Pərvanə Sultanova
çap et