525.Az

Britaniyalı məşhur müğənni vəfat edib


 

Britaniyalı məşhur müğənni vəfat edib<b style="color:red"></b>

Britaniyalı məşhur müğənni Bonni Tayler 75 yaşında vəfat edib.

525.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

"Bonninin ailəsi və komandası dərin kədər hissi ilə bildirir ki, Bonni dünən gecə Portuqaliyada müalicə aldığı xəstəxanada gözlənilmədən vəfat edib", - açıqlamada deyilir.

2026-cı ilin may ayında müğənni təcili əməliyyat üçün Portuqaliyanın Faro şəhərindəki xəstəxanaya yerləşdirilib, bağırsaq əməliyyatı aparıldıqdan sonra süni komaya salınıb.

İyun ayında onun nümayəndəsi bildirib ki, müğənni komadan çıxıb, lakin vəziyyəti hələ də ağırdır və reanimasiyadadır, səhhəti yavaş-yavaş olsa da, yaxşılaşır.

“Total Eclipse of the Heart”, “Holding Out for a Hero”, “It's a Heartache” hitləri onu vütün dünyada tanıdıb.

2013-cü ildə Tayler "Believe in Me" mahnısı ilə Birləşmiş Krallığı Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. 

Pərvanə Sultanova

 





09.07.2026    çap et  çap et