525.Az

İtaliya Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarır


 

İtaliya Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarır<b style="color:red"></b>

“İtaliya Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarır”.

525.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani “X” hesabında bildirib.

"İtaliya hökuməti Roma prokurorluğunun araşdırması zamanı aşkar edilmiş casusluq fəaliyyətlərinə görə məsuliyyət daşıyan Romadakı Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib. İtaliya Xarici İşlər Nazirliyinin baş katibi bu yaxınlarda Rusiyanın səfirinə məlumat verib ki, İvan Qorbaçov və Mixail Astaxov üç gün ərzində Romanı tərk etməlidirlər", - o yazıb.

Nazir əlavə edib ki, Moskva Qərbə və İtaliyaya qarşı hücumlar həyata keçirmək üçün hibrid alətlərindən istifadəyə davam edir: "Bu, İtaliyanın təsisatlarına və milli təhlükəsizliyinə ciddi və qəbuledilməz müdaxilədir".

Pərvanə Sultanova

 





09.07.2026    çap et  çap et