525.Az

Lukaşenko və Mirziyoyev strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 


 

Lukaşenko və Mirziyoyev strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb <b style="color:red"></b>

Belarus prezidenti Aleksandr Lukaşenko və Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkələri arasında strateji tərəfdaşlığın qurulması haqqında bəyannamə imzalayıblar.

525.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Belarus lideri bunu tarixi bir addım adlandırıb. O qeyd edib ki, sənəd bərabərlik, qarşılıqlı hörmət, etimad və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin yüksək səviyyəsini rəsmi olaraq təsbit edir. 

"Bu, siyasi, ticarət-iqtisadi, investisiya, mədəni, humanitar, təhlükəsizlik, müasir çağırış və təhdidlərə qarşı mübarizə sahələrində birgə işə əlavə təkan verəcək", - Lukaşenko söyləyib.

Sənəd sənaye, kənd təsərrüfatı, nəqliyyat logistikası və regionlararası əməkdaşlığı dərinləşdirməyi hədəfləyir.

Danışıqlardan sonra dövlət başçıları bir sıra sahələrdə sənədlər paketini, o cümlədən Belarus və Özbəkistan arasında 2026-2030-cu illər üçün ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üzrə yol xəritəsi imzalayıblar.

Pərvanə Sultanova

 





09.07.2026    çap et  çap et