525.Az

Belçikanın Baş naziri Ərdoğanın silah hədiyyəsini polisə təhvil verib


 

Belçikanın Baş naziri Ərdoğanın silah hədiyyəsini polisə təhvil verib<b style="color:red"></b>

Belçikanın Baş naziri Bart De Vever Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən NATO sammitindən sonra ona tapança hədiyyə etməsindən xəbərsiz olub.

525.az xəbər verir ki, bu barədə "Nieuwsblad" nəşri yazıb.

Qeyd edilib ki, Baş nazir yalnız Belçikaya çatdıqdan sonra bu barədə məlumat alıb.

“De Vever hədiyyəni aldıqdan sonra nümayəndə heyətinin üzvlərinə təhvil verib və bağlama açılmadan Belçikaya çatdırılıb. Brüsselə çatdıqdan sonra nümayəndə heyəti Ərdoğanın hər kəsə oxşar hədiyyə verdiyi barədə xəbərləri oxuyub.  Hədiyyəni açdıqdan sonra De Vever silahı polisə təhvil verib. Hazırda silah hava limanında seyfdədir. Onun taleyi ilə bağlı qərar verilməyib”, - nəşr yazıb.

Daha əvvəl "Politico" qəzeti Türkiyə prezidentinin NATO sammitindən sonra vida hədiyyəsi olaraq Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə, Avropa İttifaqı Şurasının sədri António Koştaya və Aİ liderlərinə xüsusi hazırlanmış tapançalar təqdim etdiyini bildirib.

Pərvanə Sultanova

 





09.07.2026    çap et  çap et