525.Az

“Ədibin Evi” xarici diplomatlar üçün yeni kurs açır


 

“Ədibin Evi” xarici diplomatlar üçün yeni kurs açır<b style="color:red"></b>

“Ədibin Evi” ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri üçün “Azerbaijani Culture for Global Envoys” (Azərbaycan Mədəniyyətinin Qlobal Səfirləri) adlı yeni kurs açır.

525.az-a bu barədə “Ədibin Evi”ndən məlumat verilib.

Bildirilib ki, bu ilin payız semestrindən başlayacaq kurslarda diplomatlar Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təklif edilən təqaüd hesabına təhsil alacaqlar.

Milli mədəni irsimizin tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərən “Ədibin Evi” bu təşəbbüslə dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın həyata keçirilməsinə öz töhfəsini verməyi hədəfləyir. Konsepsiyanın prioritet istiqamətlərindən biri olan Mədəniyyət Diplomatiyasının inkişafı (6.1.8) “Azerbaijani Culture for Global Envoys” kursunun mərkəzində duracaq.

Təqaüd proqramı xarici diplomatlara ingilis dilində tədris olunacaq modullarda iştirak imkanı yaradacaq. İçərişəhərdə yerləşən “Ədibin Evi”ndəki dərslər sahənin aparıcı mütəxəssisləri tərəfindən veriləcək.

Proqram çərçivəsində Azərbaycanın zəngin mədəni irsi iştirakçılara mühazirələr, interaktiv sessiyalar, tətbiqi məşğələlər və müxtəlif mədəniyyət ocaqlarına təşkil olunacaq ziyarətlər vasitəsilə çatdırılacaq.

Bir semestr ərzində davam edəcək kursları uğurla bitirən diplomatlar sertifikatlarla təltif olunacaqlar. Proqramın məzunları Azərbaycan mədəniyyətinin fundamental dəyərlərini daha dərindən anlayaraq, onları həm hazırkı fəaliyyətlərində, həm də beynəlxalq müstəvidə düzgün təhlil və tətbiq etmək bacarıqlarına yiyələnəcəklər.

“Azerbaijani Culture for Global Envoys” kursuna sənəd qəbulu sentyabrın 1-dək davam edir. Müraciət üçün QR koda keçid edin.

 





09.07.2026    çap et  çap et