525.Az

Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq


 

Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq<b style="color:red"></b>

Sabah təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

525.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 10.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

 





09.07.2026    çap et  çap et