525.Az

İtaliyada silah müəssisəsində partlayış olub


 

İtaliyada silah müəssisəsində partlayış olub<b style="color:red"></b>

İtaliyanın Kyeti əyalətinin Kasalbordino şəhərindəki silah-sursat müəssisəsində partlayış olub.

525.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 08:00 baş verib.

Partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

İtaliya polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, bu gün baş verən hadisə son illərdə obyektdə sayca üçüncü partlayışdır.

2020-ci ilin dekabr ayında obyektdə baş verən partlayışda 3 işçi, 2023-cü ilin sentyabr ayında baş verən başqa bir partlayışda isə daha 3 işçi həlak olub.

İbrahim Cəfərov

 





09.07.2026    çap et  çap et