525.Az

“Sumqayıt”a yeni baş məşqçi təyin edildi


 

“Sumqayıt”a yeni baş məşqçi təyin edildi<b style="color:red"></b>

Filipe Kandido “Sumqayıt” klubunun yeni baş məşqçisi təyin olunub.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sumqayıt təmsilçisi portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb.

Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib.

46 yaşlı mütəxəssisin son klubu 2025-ci ildə çalışdırdığı Onun son klubu “Paços de Ferreira” (Portuqaliya) olub.

 





09.07.2026    çap et  çap et