525.Az

Mart ayının ilk həftəsində paytaxt ərazisində 368 sərxoş sürücü aşkar edilib


 

Mart ayının ilk həftəsində paytaxt ərazisində 368 sərxoş sürücü aşkar edilib<b style="color:red"></b>

Mart ayının ilk həftəsində paytaxt ərazisində pərdə və plyonkadan istifadə edən 105 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, fevral ayının 28-dən mart ayının 7-nə qədər paytaxt ərazisində 18 yol qəzası baş verib. Baş verən qəzalarda 3 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
 
Hesabat dövründə paytaxt Bakıda 17895 sürücü barəsində inzibati protokol tərtib edilib.
 
Tərtib edilən protokolların 368-ı  sərxoş sürücü , 1576-sı işıqforun qırmızı işığında keçmə, 105-i pərdə və plyonkadan istifadə etmə, 25 avtoxuliqanlıq, 3470-i yolayrıcı keçmə qaydasını pozma, 60-ı qəza şəraiti yaratma, 88-i müvafiq sənədi olmadan nəqliyyat vasitəsi idarə etmə, 82-si polisin saxla əmrinə tabe olmama və 2241-i piyada keçidindən istifadə etməyən şəxslərin payına düşür.

 





11.03.2015    çap et  çap et