Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.
525.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə üz-üzə gəlib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb. Matçı Roman Jitar (Moldova) idarə edib.
"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.
Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0
Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 86
Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)
VAR: Luka Çibelli (İsveçrə)
AVAR: Anoen Kanaqasinqam (İsveçrə)
çap et