Argentinada kiçik mühərrikli "Cessna C-150" təyyarəsinin pilotu havada intihar edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan kursant çətinliklə də olsa, təyyarəni endirə bilib.
Hadisə Toledoda baş verib. 42 yaşlı Leandro Bertatso 22 yaşlı qıza təlim keçirmiş. Təyyarə 250 metr hündürlükdə olarkən kursanta "nə etməli olduğunu bilirsən" deyə, özünü təyyarədən atıb. Qız dərhal dispetçerlə əlaqə saxlayıb və onun da köməyi ilə təyyarəni salamat hava limanına endirib.
Bertatsonun intiharının səbəbləri bilinmir. Məlum olan budur ki, o, bir müddət əvvəl psixoloqun qəbulunda olubmuş.
L.Tağıyeva
çap et