525.Az

Neftin qiyməti 77 dollara yaxınlaşıb


 

Neftin qiyməti 77 dollara yaxınlaşıb<b style="color:red"></b>

Dünya neft bazarında qiymətlər artıb.

525.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0,32 ABŞ dolları və ya 0,44% bahalaşaraq 72,40 ABŞ dolları/barelə yüksəlib.

Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,37 ABŞ dolları və ya 0,48% artaraq 76,67 ABŞ dolları/barel təşkil edib.

Neft qiymətlərindəki artıma bazarda tədarük riskləri ilə bağlı narahatlıqların davam etməsi və qlobal tələbatın sabit qalacağına dair gözləntilər dəstək verir.

 





10.07.2026    çap et  çap et