Bu gün Yardımlı rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə 525.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Yardımlı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Aruz" yarımstansiyasından çıxan 35 kV-luq "Yardımlı-3" hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 12:30-dan 14:30-dək kimi şəhər ərazisi, eləcə də Bozayran, Çayüzü, Köryədi, Kürəkçi, Ostayır, Peştəsər, Şəfəqli, Vəlixanlı, Vərgədüz kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə olacaq:
"Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər".
çap et