525.Az

"Nəzəri biliklə yanaşı, real bazar təcrübəsi də tələbələrə ötürülməlidir" - Ekspert


 

"Nəzəri biliklə yanaşı, real bazar təcrübəsi də tələbələrə ötürülməlidir" - <b style="color:red">Ekspert</b>

“Qeyri-neft sektorunun, xüsusilə xidmət və idarəetmə sahələrinin genişlənməsi daha ixtisaslı kadr tələbatını artırır. Bununla belə, əsas risk bu ixtisasın formal diplom istiqamətinə çevrilməsidir. Bu riski azaltmaq üçün universitetlər bir sıra mühüm addımlar atmalıdırlar. Ən vacib istiqamətlərdən biri dual təhsil modelidir. Tələbələrin ən azı 1–1,5 ilini real şirkətlərdə praktiki təcrübədə keçirməsi vacibdir. Bu model Almaniya təcrübəsində effektiv şəkildə tətbiq olunur”. 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, tədris proqramları klassik sovet yanaşmasından uzaqlaşmalı, maliyyə, menecment, informasiya texnologiyaları və beynəlxalq standartlara əsaslanmalıdır. Eyni zamanda, tədris prosesinə sahə təcrübəsi olan yerli və xarici mütəxəssislərin cəlb edilməsi də mühüm rol oynayır. Nəzəri biliklə yanaşı, real bazar təcrübəsi də tələbələrə ötürülməlidir:

“Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı bu tip peşəkar idarəetmə kadrlarına ehtiyacı daha da artırır. Universitetlər biznes sektoru ilə daha sıx əməkdaşlıq qura bilsələr, bu ixtisasın məzunları yaxın gələcəkdə ölkənin ən çox tələb olunan və yüksək gəlirli mütəxəssislərindən birinə çevrilə bilərlər”.

Sevinc Qarayeva 
 

 





10.07.2026    çap et  çap et