"Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə indiyədək 4,8 mlrd. kubmetr qaz hasil olunub.
Bu barədə 525.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə İHS mərhələsi üzrə1,8 milyon tona yaxın qaz kondenstı hasil edilib.
Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanmasından 3 il ötür.
çap et