525.Az

Çində sel zoopardakı heyvanları apardı


 

Çində sel zoopardakı heyvanları apardı<b style="color:red"></b>

Quyqan şəhərində sel heyvanxananın ərazisini basıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü su axını 100-dən çox heyvanı aparıb.

Onların hamısı otyeyən heyvanlar olub. Bu azmış kimi qəfəslərin bəziləri su altında qalıb. Nəticədə bir neçə heyvan boğularaq ölüb. Onların arasında 3 şir də var. İlkin hesablamalara görə, təbii fəlakət zooparka 600 min dollara yaxın ziyan vurub.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Xuançjou şəhərində daşqınlar ilanların yetişdirildiyi fermanı basmış və 800-ə yaxın zəhərli sürünən "azadlığa çıxmışdı". Bundan sonra şəhərdə bir neçə olan sancması faktı qeydə alınmışdı.

L.Tağıyeva

 





10.07.2026    çap et  çap et