"On ildən çoxdur ki, ölkədə 12 illik təhsilə keçid məsələsi müzakirə olunur. Ekspertlər, ictimayyət nümayəndələri tərəfindən bununla bağlı müxtəlif fikirlər səsləndirilir. 12 illik təhsilin tətbiqi üçün bir neçə vacib şərt və tələblər yerinə yetirilməlidir”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bunu 525.az-a bildirib. Professor qeyd edib ki, 12 illik təhsil dövründə xüsusi müəllimlər olmalıdır. Mütləq şəkildə qeyd olunan siniflərdə təhsil alacaq şagirdlərə fənləri tədris edəcək kadrlar hazırlanmalıdır. Bütün işlər planlı şəkildə həyata keçirilməlidir ki, sonradan hər hansı bir problemlə qarşılaşılmasın. Bütün bu tələblər yerinə yetirilərsə, onda rahatlıqla bu modelə keçilə bilər.
Sevinc Qarayeva
çap et