525.Az

"Ali təhsil almağa, oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə yönəldilməlidir" - Millət vəkili


 

 "Ali təhsil almağa, oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə yönəldilməlidir" - <b style="color:red">Millət vəkili</b>

“Müəyyən ixtisaslar var ki, abituriyentlər onlara maraq göstərir, amma hazırda əmək bazarında həmin ixtisaslara önəm verilmir və tələbat yoxdur. Bu səbəbdən də gənclər ixtisas seçimi zamanı diqqətli olmalıdır”. 

Millət vəkili Ceyhun Məmmədov bunu 525.az-a söyləyib. Millət vəkili bildirib ki, bazarın tələblərini nəzərə almalı, yeni ixtisaslar istiqamətində seçimlərə üstünlük verilməlidir. Ali təhsil almağa, oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə yönəldilməlidir: 

"Hər bir valideyn istəyir ki, övladı ali təhsil alsın. Amma hansısa gəncin oxumağa həvəsi, potensialı yoxdursa, onu peşəyə yönləndirmək lazımdır. Gənclər əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi ixtisaslara  üstünlük verməlidir. Dünyadakı yeni çağırışlara hazır olmalıyıq".

Sevinc Qarayeva 
 

 





10.07.2026    çap et  çap et