“Bəzi universitetlərdə tələbələr ümumiyyətlə dərslərinə maraq göstərmirlər. Bunu əsas səbəbi seçdikləri ixtisaslara maraq göstərməmələridir. Çünki onların bəziləri ixtisasları haqqında əvvəlcədən ümumiyyətlə məlumatlı olmurlar. Məhz buna görə də maraqsız olurlar, bəzən isə təhsillərini yarımçıq qoyaraq ya xaricə gedirlər, ya da yenidən qəbul imtahanlarına hazırlaşırlar”.
Bunu 525.az-a təhsil eksperti Səbuhi Abdullayev söyləyib. Ekspertin dediyinə görə, valideynlər bəzən əmək bazarından tam xəbərdar olmadan ixtisas seçiminə qərar verirlər. Uşağın fikrini nəzərə almayanlar da az deyil. İxtisas, peşə seçimi ilə bağlı valideynlər övladlarına həm məsləhət, həm də tövsiyələrini birtərəfli şəkildə deyil, onlarla məsləhətləşərək bildirməlidirlər:
“Mən özüm ixtisas seçimi apararkən mütləq şəkildə şagirdlərin, abituriyentlərin fikirlərini öyrənir, onların xarakterini və psixoloji durumunu nəzərə alıram ki, hansı universitetdə oxumaqlarının onlar üçün daha rahat olacağını, eyni zamanda gələcəkdə əmək bazarına qoşulmalarının və iş tapmalarının daha əlverişli olacağını müəyyənləşdirə bilim".
Sevinc Qarayeva
çap et