Ağdam Sənaye Parkına yatırılan sərmayənin həcmi 171,68 milyon manata çatıb.
525.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) məlumat yayıb.
İZİA-nın idarəçiliyində olan parkda fəaliyyət göstərən müəssisələr tərəfindən 1,86 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.
Burada 1000-dən çox daimi iş yeri yaradılıb.
Sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib.
çap et