Qırğızıstan Dövlət Mülki Aviasiya Agentliyi 7 iyulda Bişkek hava limanında təyyarəsi ilə bağlı hadisədən sonra Tez Jet şirkətinin lisenziyasını ləğv edib.
525.az xəbər verir ki, bu barədə aviasiya agentliyi məlumat yayıb.
Hadisədən dərhal sonra Qırğızıstanın Dövlət Mülki Aviasiya Agentliyi səbəblərlə bağlı araşdırmaya başlayıb.
İstintaq zamanı uçuş təhlükəsizliyinə birbaşa təsir edən Qırğızıstan aviasiya qanunvericiliyinin ciddi pozuntuları aşkar edilib. Bu pozuntulara əsasən Dövlət Mülki Aviasiya Agentliyi Tez Jet şirkətinin lisenziyasını ləğv etmək qərarına gəlib.
Dövlət Agentliyi həmçinin vurğulayıb ki, fəaliyyəti uçuş təhlükəsizliyinə risk yaradan istənilən operatora qarşı ən prinsipial və sərt qərarlar qəbul etməyə davam edəcək.
Pərvanə Sultanova
çap et