Maliyyə Nazirliyi 8 aylıq fasilədən sonra dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərraclarını bərpa edib.
525.az-a nazirlikdən bildirilib ki, bu gün təşkil olunan hərracın yekun nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat həcmində qalığı ölkənin dörd kommersiya bankında depozitə yönləndirilib.
Vəsaitlər 28 gün müddətinə, 7,24 % orta çəkili faiz dərəcəsi ilə yerləşdirilib.
çap et