525.Az

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3899-a çatıb


 

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı <b style="color:red"> 3899-a çatıb</b>

Venesuelada iyunun 24-də baş verən zəlzələlər nəticəsində ölənlərin sayı artır.

525.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez sosial media hesabında paylaşım edib.

Rodrigez zəlzələlərdə ölənlərin sayının 88 nəfər artaraq 3899-a, yaralıların sayının isə 16740-a çatdığını açıqlayıb.

Rəsmilər və könüllülər tərəfindən 86794 ailəyə humanitar yardımın çatdırıldığını deyən Rodrigez, 16892 ailənin 89 müvəqqəti çadır düşərgəsində yerləşdirildiyini söyləyib.

Xatırladaq ki, 24 iyunda Venesuelada 39 saniyə fərqlə 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib.

Axtarış-xilasetmə əməliyyatları davam etdiyi üçün ölən və yaralananların sayının artacağı ilə bağlı narahatlıqlar var.

İbrahim Cəfərov

 





10.07.2026    çap et  çap et