525.Az

Konqoda ebola qurbanlarının sayı 625-ə yüksəlib


 

Konqoda ebola qurbanlarının sayı 625-ə yüksəlib<b style="color:red"></b>

Konqo Demokratik Respublikasında 15 maydan bəri ebola virusuna yoluxanların sayı artır.

525.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 1792, ölənlərin sayı isə 625-dir.

Epidemiyanın əhatə dairəsi daxilində 764 xəstə təcrid olunmuş və ya xəstəxana müalicəsi altındadır, 295 nəfər isə virusdan sağalıb.

Epidemiya daha çox İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılıb.

Konqonun səhiyyə naziri Rocer Kamba bildirib ki, ebola epidemiyası ölkədə hələ də çox aktiv mərhələdədir.

İbrahim Cəfərov

 





10.07.2026    çap et  çap et