525.Az

Məşhəddə silahlı hücum - 2 nəfər ölüb


 

Məşhəddə silahlı hücum - <b style="color:red"> 2 nəfər ölüb</b>

İranın Rəzəvi Xorasan əyalətinin paytaxtı Məşhəddə silahlı hücum baş verib.

525.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb. Silahlı hücumda 2 nəfər həlak olub.

Rəzəvi Xorasan əyalətinin rəsmisi Əmir Şəmqədri silahlı hücumun Məşhədin Serefrazan Bulvarı ərazisində baş verdiyini bildirib.

"Hadisənin səbəbi və ölənlərin şəxsiyyəti hələ müəyyən edilməyib", - deyə o vurğulayıb.

Serefrazan Bulvarı İranın keçmiş lideri Ayətullah Əli Xameneinin dəfn olunduğu Məşhəddəki İmam Rza ziyarətgahından təxminən 17 kilometr aralıda yerləşir. Hücumun Xamenei üçün keçirilən dəfn mərasimi ilə əlaqəsi olmadığı bildirilib.

İbrahim Cəfərov

 





11.07.2026    çap et  çap et