525.Az

İspaniyada meşə yanğınlarında 11 nəfər həlak olub


 

İspaniyada meşə yanğınlarında 11 nəfər həlak olub<b style="color:red"></b>

İspaniyanın cənubundakı Əndalusiyanın Almeriya bölgəsindəki Los Gallardos şəhərində baş verən meşə yanğınında 11 nəfər həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğının başladığı ərazidə hər birində bir cəsəd olan üç tamamilə yanmış nəqliyyat vasitəsi aşkarlanıb.

Bedar şəhərinə gedən yolun yaxınlığında isə daha səkkiz yanmış cəsəd tapılıb.

Ölənlərin şəxsiyyətini müəyyən etmək üçün işlərə başlanılıb və genişmiqyaslı fəlakətlər üzrə ixtisaslaşmış məhkəmə-tibbi ekspertiza qrupu hadisə yerini araşdırır.

Los Gallardosdakı meşə yanğını səbəbindən ehtiyat tədbiri olaraq 1400 insan ərazidən təxliyə edilib.

70 nəqliyyat vasitəsi və 200 nəfərlik heyət hazırda yanğının söndürülməsi üçün çalışır.

İbrahim Cəfərov

 





10.07.2026    çap et  çap et