525.Az

Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub


 

Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub<b style="color:red"></b>

2026-cı ilin birinci yarısında 475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub.

525.az-a bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Qeyd edilib ki, 2026-cı il iyulun 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 9545 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda (Bakı şəhəri 8, Abşeron rayonu 6, Sumqayıt şəhəri 3 ünvan) mənzillər təqdim edilib.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

 





10.07.2026    çap et  çap et