525.Az

“İstənilən nüvə elektrik stansiyasına hücum qəbuledilməzdir” - Qrossi


 

“İstənilən nüvə elektrik stansiyasına hücum qəbuledilməzdir” - <b style="color:red"> Qrossi</b>

"Harada yerləşməsindən asılı olmayaraq, istənilən nüvə elektrik stansiyasına hücumlar qəbuledilməzdir”

525.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

"Mənim çatdırmaq istədiyim çox aydın və çox vacib olan mesaj BMT Təhlükəsizlik Şurasında və MAQATE İdarə Heyətində müzakirə olunan məsələdir: istənilən nüvə elektrik stansiyasına qarşı hər hansı bir hücum mümkün deyil və qəbuledilməzdir", - Qrossi bildirib.

Əlavə edib ki, istər Zaporojye AES, istər Buşehr, istər Baraka, istərsə də Kursk olsun: “Nüvə obyektlərinin adlarında heç bir fərq görmürəm".
MAQATE-nin baş direktoru qeyd edib ki, agentlik hazırda Buşehr nüvə elektrik stansiyasına qarşı heç bir birbaşa hücumu müşahidə etmir və təsdiqləmir.

"Biz də Rosatom kimi, Buşehrdə baş verən vəziyyəti izləyirik və bütün tərəfləri maksimum təmkin göstərməyə çağırırıq, çünki istənilən nüvə obyektinin fiziki bütövlüyü nüvə obyektinin təhlükəsizliyi üçün mütləq prioritetdir", - Qrossi deyib.

Pərvanə Sultanova

 





10.07.2026    çap et  çap et