525.Az

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ


 

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - <b style="color:red"> XƏBƏRDARLIQ</b>

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 11-13-də fasilələrlə yağış yağacağı gözlənilir.

525.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 





10.07.2026    çap et  çap et