525.Az

"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi


 

"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi<b style="color:red"></b>

"Neftçi" bu gün Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama matçına çıxıb.

525.az xəbər verir ki, paytaxt təmsilçisi "Radniçi Niş" ilə üz-üzə gəlib.

Serbiya təmsilçisi ilə oyun "Neftçi"nin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. "Neftçi"nin heyətində Breno Almeyda (2, 26) dubl edib. Digər qolu isə Ağadadaş Salyanski (82) vurub.

Qeyd edək ki, "Neftçi" bunadək "Partizan"a (Serbiya) 0:1, ÇFR-ə (Rumıniya) isə 1:2 hesabı ilə uduzub.

 





10.07.2026    çap et  çap et