ABŞ-də Çin əsilli qadın qumar oynamaq üçün 14 nəfərlə qeyri-qanuni nikaha girib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhvalat Las-Veqasda yaşanıb.
Tsyain Çen adlı qadın 2019-cu ilin martından 2024-cü ilin mayına kimi 14 nəfərə ərə gedərək ərlərindən böyük məbləğdə pul alıb. Guya bu pullar ona Çində yaşayan qohumlarının müalicəsi üçün lazımdır. Əslində isə həmin pulları kazinoda uduzub. Təkcə son 1 ildə onun 300 min dollar civarında pulu kazinolarda xərclədiyi aşkarlanıb. Üstəlik, Çen hər dəfə yeni ərindən pul aldıqdan sonra yoxa çıxıb.
Qeyd edək ki, dələduz qadın günahını etiraf edib. Avqustun 20-də ilk məhkəmə iclası keçiriləcək.
L.Tağıyeva
çap et