525.Az

Niderlandda sovet əsgərlərinin məzarları təhqir olundu 


 

Niderlandda sovet əsgərlərinin məzarları təhqir olundu <b style="color:red"></b>

Naməlum şəxslər Lyosden şəhəri yaxınlığında sovet əsgərlərinin dəfn olunduğu "Sovet şərəf meydanı" memorial kompleksində vandal aktı törədiblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar 150-dən çox məzarüstü ağ rəngli daşa qırmızı boya ilə yazılıb.

Bu barədə kompleksin və eyniadlı muzeyin direktoru Remko Reydinq məlumat verib. Onun sözlərinə görə, kompleks araşdırma başa çatana və vandallar tapılana kimi qapadılıb. 

Qeyd edək ki, kompleks 1948-ci il noyabrın 18-də açılıb. Burada 2-ci Dünya müharibəsi dövründə Niderlandda həlak olmuş 865 sovet əsgərinin məzarı var.

L.Tağıyeva

 





11.07.2026    çap et  çap et