DÇ-2026-nın 1/4 final mərhələsində keçirilən ikinci oyundan sonra yarımfinalın ilk cütü bəlli olub.
525.az xəbər verir ki, İspaniya millisi Belçikanı 2:1 hesabı ilə üstələyib və yarımfinala adlayıb.
Bununla da, yarımfinalın ilk cütündə Fransa və İspaniya yığmaları üz-üzə gələcək. Qarşılaşma iyulun 14-də keçiriləcək.
Digər yarımfinalın iştirakçıları isə sabah keçiriləcək Norveç - İngiltərə və Argentina - İsveçrə matçlarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, ikinci yarımfinal görüşü iyulun 15-də keçiriləcək.
çap et