525.Az

Dünən 11,7 ton çətənə kolu məhv edilib


 

Dünən 11,7 ton çətənə kolu məhv edilib<b style="color:red"></b>

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

525.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub.

Bundan başqa, iyulun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çəkidə 22487 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 





11.07.2026    çap et  çap et