525.Az

Ramiz Mehdiyev: "Ermənistan rəhbərləri çox təhlükəli oyunun peşkasına çevriliblər"


 

Ramiz Mehdiyev: "Ermənistan rəhbərləri çox təhlükəli oyunun peşkasına çevriliblər"<b style="color:red"></b>

"Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilibdir. Ermənistan rəhbərləri çox təhlükəli oyunun "peşka"sına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər".
 
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda bazar ertəsi keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər. Əminəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcək" Mehdiyev əlavə edib.

Mehdiyev təcavüz anlayışını təsadüfən işlətmədiyini bildirərək qeyd edib ki, beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılmışdır.

"Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirmiş, Azərbaycanı silahlı münaqişəyə sürükləmiş və 20% ərazilərimizi işğal etmişdir. Vəziyyətin obyektiv dəyərləndirilməsi, Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar" Mehdiyev əlavə edib.

 





03.12.2012    çap et  çap et