525.Az

UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?


 

UEFA-nın yenilənən reytinqi - <b style="color:red"> Klublarımız neçəncidir?</b>

UEFA-nın yenilənmiş klub reytinqində Azərbaycan təmsilçilərinin mövqeyi açıqlanıb.

525.az xəbər verir ki, siyahıda ölkəmizin ən yüksək pillədə qərarlaşan komandası “Qarabağ”dır. Ağdam təmsilçisi 33,750 əmsalla 59-cu sırada yer alıb.

Son 5 mövsümün nəticələrinə əsasən, hazırlanan siyahıda 
Azərbaycan klublarından sonrakı yerləri “Sabah” (215-ci yer, 6,000 əmsal), “Zirə” (226-cı yer, 5,500 əmsal), “Neftçi” (304-cü yer, 4,000 əmsal), “Araz-Naxçıvan” (308-ci yer, 2,000 əmsal), “Sumqayıt” (309-cu yer, 1,500 xal) və “Qəbələ” (310-cu yer) tutur.

 





11.07.2026    çap et  çap et