525.Az

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış olub


 

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış olub<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur “Şahmaran” əfsanəsi əsasında səhnələşdirilən eyniadlı rok müziklinə daxili baxış keçirilib.

525.az-a Teatrdan bildirilib ki, baxışda mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin sektor müdiri Böyükxanım Talıbova, həmçinin Xalq artisti Cahangir Novruzov iştirak ediblər.

Baxışdan sonra tamaşanın yaradıcı heyəti ilə geniş fikir mübadiləsi aparılıb, səhnə əsərinin bədii həlli, rejissor yozumu, musiqi və səhnə tərtibatı, aktyor oyunu və digər yaradıcılıq komponentləri ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı səsləndirilən rəy və təkliflər yaradıcı kollektiv tərəfindən nəzərə alınıb və tamaşanın teatrın repertuarına daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Şahmaran” rok müziklinin libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, rejissor assistenti isə Elməddin Dadaşovdur.

Tamaşanın plastik həlli Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə məxsusdur.

Səhnə əsərində əsas rolları Xalq artisti Pərviz Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara) və Murad Fərzəliyev (Boz) canlandırıblar.

 





11.07.2026    çap et  çap et