525.Az

Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB


 

Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - <b style="color:red"> YENİLƏNİB</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

525.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Qeyd edək ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.

Dövlətimizin başçısı kənd sakini Əsəd Əsədovun evində oldu.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Salam, xoş gəlmisiniz. Cənab Prezident, Allah-taala Sizi başımızın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Necəsiniz, necə yaşayırsınız?

Sakin: Çox sağ olun, yaxşıyıq, Allah Sizdən razı olsun.

Qadın sakin: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Şükür Allaha.

Sakin: Sizin sayənizdə. Bəli, bəli, şükür Allaha.

Qadın sakin: Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Doğma Qarabağa qayıtmısınız.

Sakin: Əlbəttə, Sizin sayənizdə. Şəhidlərimizə Allah rəhmət eləsin, onların sayəsində, başda da Siz - Ali Baş Komandanımız olmaqla.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin. Ev şəraiti necədir?

Sakin: Çox gözəl, Sizin sayənizdə. Bəli, əlbəttə, yaxşıdır. Minnətdaram, hər bir şey yerindədir.

Prezident İlham Əliyev: İşğal dövründə harada məskunlaşmışdınız?

Sakin: Qaradağ rayonunun “Ümid” qəsəbəsində.

Prezident İlham Əliyev: “Ümid” qəsəbəsində?

Sakin: Bəli.

Prezident İlham Əliyev: 1990-cı illərin sonlarında “Ümid” qəsəbəsində. O vaxtdan elə orada qalırdınız?

Sakin: Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Bəli, bəli, orada qalmışıq.

Prezident İlham Əliyev: Bir yerdə gəlmişdik.

Sakin: Bəli, elə o vaxtdan da orada qaldıq.

Prezident İlham Əliyev: Sən necəsən, qızım?

Sakin: Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Yaxşısan? Nə göyçək qızdır.

Qadın sakin: Sağ olun.

Sakin: Cənab Prezident, yenə deyirəm, bax, gördüyümüz bu mənzərənin hamısı Sizin sayənizdədir. Allah-taala Sizi var eləsin.

Prezident İlham Əliyev: Ədalət bərpa edildi.

Sakin: Bəli, əlbəttə, o da Sizin sayənizdə oldu. “Dəmir yumruq” haraya vursa, ora Azərbaycandır, bəli.

Prezident İlham Əliyev: Uzun illər işğal altında idi buralar.

Sakin: Bəli. Siz Azərbaycanın Zəfər tarixini yazdınız.

Qadın sakin: Allah köməyiniz olsun.

Sakin: Allah Sizdən razı olsun. Minnətdaram. Allah Sizi min budaq eləsin. Allah-taala Sizi bizim başımızın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Görürsünüz, burada qız əl çalır. Qızım əl çal, əl çal.

Nümayəndə: Cənab Prezident, Əsəd kişi Vətən müharibəsinin iştirakçısı olub.

Sakin: Bəli, Sizin tərəfinizdən də iki medalla təltif olunmuşam.

Prezident İlham Əliyev: Hansı istiqamətlərdə? Bax, görürsən, anasının yanına qaçır. Gəl, şəkil çəkdirək, sonra gedərsən.

Qadın sakin: Əlbəttə.

Prezident İlham Əliyev: O biri qız haradadır?

Qadın sakin: Gülər, Gülər.

Prezident İlham Əliyev: Onunla ayrıca şəkil çəkdirərik. Deyəsən mənə öyrəşdi, hə? Hansı istiqamətdə?

Sakin: Cəbrayıl-Zəngilan istiqamətində. Güləbirddə minaya düşdük. Sizin tərəfinizdən iki medalla təltif edilmişəm.

Prezident İlham Əliyev: Könüllü getmişdiniz?

Sakin: Bəli, könüllü getmişdim.

Qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Allah köməyiniz olsun.

Nümayəndə: Bir, iki, üç otaq, bu da zal.

Prezident İlham Əliyev: Yemək otağı.

Sakin: Müəllim, medallarım siz tərəfdədir.

Nümayəndə: Dörd otaq, bir də mətbəx.

Prezident İlham Əliyev: Medalların buradadır.

Sakin: Laçın, Qubadlı. Bu da Vətən müharibəsi iştirakçısı. Allah Sizi var eləsin, çox sağ olun, minnətdarıq Sizə. Allah Sizdən razı olsun, Sizin qadanızı alım.

Nümayəndə: Bunun altında yardımçı tikililər də var, tam təsərrüfat imkanlı, böyük bir sahədir.

Prezident İlham Əliyev: Mənzərə də çox gözəldir.

Sakin: Çox gözəl.

Prezident İlham Əliyev: “Ümid” qəsəbəsində mənzərə belə deyildi.

Sakin: Xeyr.

Prezident İlham Əliyev: Torpaq idi, toz-torpaq.

Sakin: Cənab Prezident, bilirsiniz, orada torpaqdan da çox nəmişlik idi. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Bura isə kurortdur. Buranın havası, suyu, təbiəti çox gözəldir.

Sakin: Sizin sayənizdə.

Prezident İlham Əliyev: Hələ səhər açılanda adam baxanda göz oxşayır.

Sakin: Meyvələr var, Allaha şükür, gilas ağacları var.

Prezident İlham Əliyev: Gilas, alma.

Sakin: Hər bir şey var.

Prezident İlham Əliyev: Bura sizindir?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Gəl buraya, gəl, hara qaçdın? Hara qaçdın, ay qız?

Sakin: Baba ilə şəkil çəkdir.

Prezident İlham Əliyev: Adı nədir?

Sakin: Gülər.

Prezident İlham Əliyev: Gülər, maşallah.

Qadın sakin: Maşallah günün olsun, qadanı alım.

Oğlan: Cənab Prezident, şəkil çəkdirmək olar Sizinlə?

Prezident İlham Əliyev: Gəlin çəkdirək. Bu, heyva ağacıdır?

Sakin: Bəli, heyva ağacıdır, armud ağacıdır.

Prezident İlham Əliyev: Siz də gəlin, hamı birlikdə. Burada nə ilə məşğul olacaqsınız?

Sakin: Artıq mən burada işləyirəm.

Qadın sakin: Babanı öp, sən də babanı öp. Çox sağ olun.

Nümayəndə: Əsəd, nə ilə məşğul olacaqsan?

Sakin: Hazırda işləyirəm, polad yolda işləyirəm. İnşallah, gələcəkdə əgər icazə olsa, burada özüm üçün bir az heyvan da saxlayaram.

Prezident İlham Əliyev: İcazə nədir? Məsləhətdir.

Sakin: Məsləhətdir.

Prezident İlham Əliyev: Mütləq.

Nümayəndə: Biz ferma təsərrüfatları üçün yerli camaata şərait yaratdıq, burada da həmçinin.

Sakin: Bəli, bəli.

Prezident İlham Əliyev: Qoyun, quzu, keçi. İndi burada bu qədər yem var mal-qara üçün. Heyvan saxlayın, quş saxlayın. Yəni bu torpaqdan istifadə edin. Su da var.

Sakin: Bostan əkəcəyəm. Cənab Prezident, bu şəraiti bizə yaratdığınız üçün çox sağ olun. Allah Sizdən həmişə razı olsun, həmişə var olasınız.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Minnətdaram.

Prezident İlham Əliyev: Xoşbəxt olun.

Sakinlər: Siz sağ olun, sağ olun. Allah köməyiniz olsun, Allah balalarınızı saxlasın. Amin, sağ olun.

x x x

Sonra Prezident İlham Əliyev kəndə qayıdan sakinlərlə görüşdü.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Salam cənab Prezident, xoş gəlmisiniz.

Yaşlı qadın: Səni verənin başına dönüm. Sənin bu qollarına qurban olum. Ermənini yumruqladın, məhv elədin. Bu yaşımda məni Vətənə gətirmisən.

Prezident İlham Əliyev: Sağ olun, Allah cansağlığı versin, əyləşin.

Yaşlı qadın: 101 yaş istəyirəm səndən.

Prezident İlham Əliyev: 101? Burada bu hava, bu su ki var, inşallah, olacaq. Qohum-əqrəba yanınızdadır. Əsas odur ki, doğma torpağınızdasınız.

Yaşlı qadın: Başına dönüm, sağ ol.

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

Yaşlı qadın: Qəşəng.

Prezident İlham Əliyev: Hava özü dərmandır burada, elə deyilmi?

Yaşlı qadın: Elədir. Bu, mənim nəvəmdir.

Prezident İlham Əliyev: Çox gözəl. İnstitutda oxuyursan?

Oğlan: Bakı Mühəndislik Universitetində.

Prezident İlham Əliyev: Yaxşı. Neçə yaşı var qadının?

Qadın sakin: 86.

Prezident İlham Əliyev: 101-ə nə qalıb ki, cəmi 15 il.

Yaşlı qadın: 102 il yaşayacağam.

Prezident İlham Əliyev: 100 olanda gəlib qeyd edəcəyik.

Yaşlı qadın: Allah Səni saxlasın ki, bu camaatı çox rahatlaşdırdın, çox, çox.

Prezident İlham Əliyev: Bəs, işğal dövründə harada yaşayırdınız?

Kişi sakin: Beyləqanda.

Prezident İlham Əliyev: Beyləqanda yaşayırdınız.

Yaşlı qadın: Yox, Beyləqanın böyründə.

Qadın sakin: Baharabad kəndində.

Prezident İlham Əliyev: Orada necə idi şərait?

Yaşlı qadın: Şükür, yaxşı idi. İki oğlum döyüşçü olub o vaxtı, Bakıda olurlar.

Prezident İlham Əliyev: İndi bura cənnət kimi bir yerdir, elə deyilmi?

Qadın sakin: Əlbəttə.

Prezident İlham Əliyev: 100 yaşa da 14 il qalıb.

Yaşlı qadın: Sənə qurban olum. Sənin adına qurban olum.

Prezident İlham Əliyev: İnşallah, birlikdə qeyd edəcəyik. Sizi təbrik edirəm doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə. Sizə cansağlığı arzulayıram, uzun illər siz Vətən həsrəti ilə yaşamısınız müxtəlif yerlərdə. Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.

Yaşlı qadın: Beyləqanın böyrü Baharabad kəndi.

Prezident İlham Əliyev: Baharabad da getdi artıq, qaldı keçmişdə. Keçmişdə qaldı, indi Qaladərəsi kəndi. Qaladərəsi.

Yaşlı qadın: İndi köçmüşəm buraya. Amma o vaxtı burada idim.

Prezident İlham Əliyev: Hə, bilirəm, bilirəm. Burada idiniz, sonra getdiniz. İndi qayıtdınız.

Kişi sakin: Cənab möhtərəm Prezidentimiz, Allah Sizə cansağlığı versin. Allah Sizi qorusun, Allah övladlarınızı qorusun, Allah Ordumuzu qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Şəhidlərimizə Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Kişi sakin: Qazilərimizə Allah şəfa versin. Çox sağ olun, sayənizdə, Ordumuzun sayəsində cənnətdəyik. Gətirdiniz bizi cənnətə. Allah Sizi qorusun.

Qadın sakin: Allah cansağlığı versin.

Prezident İlham Əliyev: Doğma torpaqdır, iki həftə bundan əvvəl Silahlı Qüvvələr Gününü biz qeyd etmişik. Şanlı Ordumuz həm İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərmişdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Kişi sakin: Amin, cənab Prezidentimiz.

Prezident İlham Əliyev: Qaladərəsi kəndi 3 il bundan əvvəl - 2023-cü ilin sentyabr ayında azad edildi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt hələ işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümid edirdilər ki, gün gələcək biz bu torpaqlara qayıdacağıq.

Kişi sakin: Sizi gözləyirdik, televizorda Sizi gözləyirdik. Sizdən başqa kimimiz var?!

Qadın sakin: Ümumiyyətlə, Sizin kimi dahi şəxsiyyətlə eyni əsrdə yaşamaq böyük qürurdur.

Prezident İlham Əliyev: Çox sağ olun qızım, çox sağ olun. Təbrik edirəm sizi. Burada xoşbəxt yaşayın, təbrik edirəm.

Digər qadın sakin: Şadam ki, bu gün Sizinlə görüşürəm. Çox arzusunda olmuşam.

Prezident İlham Əliyev: Siz harada yaşamısınız, işğal dövründə harada məskunlaşmışdınız?

Digər qadın sakin: Xırdalanda. Şükür, Allah Sizə dəyməsin, Allah Ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Mən buradan çıxanda yaşyarımlıq idim, indi 37 yaşım var, öz Vətənimdəyəm və şadam ki, öz Şuşamdayam. İnşallah, burada davam edəcəyik, Sizi də burada görməyimizə çox şadıq.

Prezident İlham Əliyev: Əlbəttə, indi Azərbaycanın hər bir tərəfi hər birimiz üçün Vətəndir, Amma doğma Vətən ayrı bir şeydir.

Kişi sakin: Çox sağ olun, Mehriban xanıma da salamlarımızı çatdırın.

Prezident İlham Əliyev: Sağ olun, mütləq çatdıraram. Onun da sizə salamları var.

Kişi sakin: Allah övladlarınızı qorusun.

Prezident İlham Əliyev: Hər zaman bilməliyik ki, gec-tez ədalət öz yerini tutacaq. Sadəcə olaraq, iradə lazımdır, güc lazımdır, birlik lazımdır. Xalqımız bütün bu ülvi xüsusiyyətlərini nümayiş etdirdi.

Digər qadın sakin: Yumruq da ləzzət edirdi.

Prezident İlham Əliyev: Yumruq da lazımdır.

Digər qadın sakin: Qadan alaram.

Prezident İlham Əliyev: Ümid edirəm ki, yumruq dövrü daha olmayacaq.

Digər qadın sakin: Sağ olun. Bütün Azərbaycan Sizin arxanızdadır.

Prezident İlham Əliyev: Amma əgər kimsə Azərbaycana xor gözlə baxsa, yenə də yumruq yerində olacaq.

Kişi sakin: Allah Heydər Əliyevə rəhmət eləsin. Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Digər qadın sakin: Allah şəhidlərimizə rəhmət eləsin, onların sayəsində buradayıq. Anaları haqlarını halal eləsin. Amin. Qarşılarında baş əyirik şəhid analarımızın, Allah səbir versin.

Prezident İlham Əliyev: Bəli, amin.

Kişi sakin: Dünyalar qədər Sizə təşəkkürümüz var. Sözlə çatdıra bilmirik.

Prezident İlham Əliyev: Sağ olun. Siz indi Xırdalandan, - hər halda böyük şəhərdir, - gəlmisiniz, burada darıxmırsınız ki?

Sakinlər: Yox, hər şey gözəldir.

Kişi sakin: Cənab Prezident, biz bu 35 ildə həsrətlə yaşamışıq, indi doğma yurdumuzdayıq, çox sağ olun. Sizin bugünkü gəlişiniz də tamam başqa bir hədiyyə oldu bizə. Çox sağ olun.

Qadın sakin: Cavan idim, komsomolçu idim, atanız tez-tez Şuşaya gələrdi. Onu görəndə hamımız həvəslə qarşısına qaçardıq. Elə bu saniyə onu xatırladım. Allah rəhmət eləsin. Onun da davamçısı Sizsiniz, həmişə Sizin arxanızdayıq. Çox sağ olun. Heydər baba bizim də babamızdır.

Prezident İlham Əliyev: Sağ olun, Allah rəhmət eləsin. Bəli, o da rəhmətə gedəndə bilirsiniz, vəsiyyət etmişdi, onun vəsiyyətini yerinə yetirdik, ədaləti bərpa etdik.

Digər qadın sakin: Onun vəsiyyətini yerinə yetirdiniz, çox sağ olun. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Görürsən, Gülər qızımız da əl çalır.

Kişi sakin: Heydər Əliyev tapşırıq verib, komandan kimi tapşırıq verib, tapşırıq da yerinə yetirilib. Çox sağ olun.

Prezident İlham Əliyev: Elədir.

Kişi sakin: Sizin yanınızdayıq, “Dəmir yumruğ”un yanındayıq həmişə.

Prezident İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. Qələbəmizin əsas səbəbi də budur. Yumruq həm də birliyin, gücün rəmzidir. Hər ikisini də biz nümayiş etdirdik.

Kişi sakin: Sərkərdə yerindədir cənab Prezident, o yumruq da yerindədir, sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Gəlin, birlikdə şəkil çəkdirək.

x x x

Sonda xatirə şəkilləri çəkdirildi.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

525.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq Meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Qeyd edək ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.

Dövlətimizin başçısı kənd sakini Əsəd Əsədovun evində oldu.

Sonra Prezident İlham Əliyev kəndə qayıdan sakinlərlə görüşdü.

 





11.07.2026    çap et  çap et