“Real” və komandanın hücumçusu Vinisius Junior futbolçunun müqaviləsinin uzadılması məsələsini birdəfəlik həll etmək üçün rəsmi görüş təyin ediblər.
525.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Daha əvvəl braziliyalı futbolçunun Madrid klubunu tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. Buna səbəb kimi Vinisiusun hücumçu Kilian Mbappe ilə münasibətlərində yaranan gərginlik göstərilirdi.
25 yaşlı forvard 2018-ci ildən “Real”ın sistemində çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 53 matçda meydana çıxaraq 22 qol vurub və 14 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Vinisiusun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.
çap et