525.Az

Venesuelada zəlzələ qurbanlarının sayı 4333-ə yüksəldi


 

Venesuelada zəlzələ qurbanlarının sayı <b style="color:red"> 4333-ə yüksəldi</b>

Venesuelada 24 iyunda 39 saniyə aralığında baş verən 7.2 və 7.5 bal gücündə zəlzələlərdən sonra ölənlərin sayı artmaqda davam edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez bildirib.

Onun sözlərinə görə, zəlzələlərdən sonra həyatını itirənlərin sayı 4333-ə çatıb. Rodrigez ölənlərdən 315-nin şəxsiyyətinin hələ müəyyən edilmədiyini və yaralıların sayının 16740 olduğunu bildirib.

O, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb: "Həyat olduğu müddətcə ümid var. Vəziyyətin hələ də qeyri-müəyyən olduğu bir-iki yerdə aktiv axtarış səylərimiz sağ qalanlara çatmaq üçün davam edir”.

Dövlət rəsmisi qeyd edib ki, fəlakət nəticəsində 17 mindən çox zəlzələ qurbanı evlərini itirib və zəlzələlərdən zərər çəkənlərə mənzil paylanmasına gələn həftə başlanacaq.

Bu arada, hökumətin ilkin hesablamalarına görə, zəlzələ qurbanları üçün təxminən 25 min evə ehtiyac var. Osma və Çuspa bölgələrində mənzil layihələri üçün ümumi sahəsi 584 min kvadratmetr olan təxminən 40 torpaq sahəsi müəyyən edilib.

İbrahim Cəfərov

 





13.07.2026    çap et  çap et