525.Az

Qətərin sabiq əmiri dünyasını dəyişib


 

Qətərin sabiq əmiri dünyasını dəyişib<b style="color:red"></b>

Qətərin sabiq əmiri Həməd ben Xəlifə əl-Tani dünən 75 yaşında dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əmirliyin dəftərxanası rəsmi məlumat yayıb.

Keçmiş əmirin ölümünün səbəbləri açıqlanmır. Əl-Tani 1995-2013-cü ildə dövləti idarə edib. Onun dövründə ölkədə müxtəlif islahatlar və yeniliklər həyata keçirilib.

Qeyd edək ki, mərhum 2013-cü ildə hakimiyyətdən oğlu, hazırki Qətər əmiri Tamim ben Həməd əl-Taninin xeyrinə imtina etmişdi.

L.Tağıyeva

 





13.07.2026    çap et  çap et